Evakuator və avtomobilin yük yerində paytaxta keçmək istəyən şəxslər saxlanıldı - FOTO
09:12 27.03.2020
Hadisə
768
Bildiyiniz kimi koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilib. Təəssüflə qeyd edək ki, bəzi şəxslər xüsusi karantin rejiminin tələblərini pozaraq müxtəlif yollarla paytaxt və ya əks istiqamətdə getməyə cəhdlər göstərirlər. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları tərəfindən birgə tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sherg.az-a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında yük daşıma xidmətlərindən birində sürücü işləyən Sabirabad rayon sakini Samit Qədirov saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, S.Qədirov Bərdə rayonunda qeydiyyatda olan və paytaxta gəlmək istəyən sürücülərdən biri ilə razılığa gələrək 40 manat müqabilində ona məxsus “VAZ 21074” markalı avtomobili idarə etdiyi evakuatorun yük yerində özünü isə evakuatorun salonunda gizlədərək xüsusi buraxılış rejimi qaydalarına riayət etmədən Bakı-Ələt yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan keçirib.
Keçirilən daha bir tədbir zamanı xüsusi karantin rejimi qaydalarına əməl etməyək paytaxt sakini Tufan Qəmbərov və Sabirabad rayon sakini Əflatun Babalıyev tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, T.Qəmbərov pul müqabilində idarə etdiyi “Lada Vesta” markalı avtomobilin yük yerində Ə.Babalıyevi gizli olaraq Bakı-Ələt yolundakı xüsusi postdan keçirərək paytaxta gətirəcəyi barədə əvvəlcədən razılaşıb. T.Qəmbərov həmin şəxsi postdan keçirəndən bir neçə kilometr sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, virus infeksiyasının ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol
Gəncədə 68 yaşlı kişini cərəyan vuraraq öldürüb
11:52 31.10.2026
Hadisə
Rusiyanın iri neft emalı zavoduna PUA hücumu olub, yanğın baş verib
11:40 31.10.2026
Dünya