“Feysbuk”da koronavirusla bağlı uydurma məlumatlar yerləşdirən şəxs müəyyən edilib
12:06 21.03.2020
Hadisə
709
“Feysbuk” sosial şəbəkə istifadəçilərindən biri öz səhifəsində koronavirus infeksiyası ilə bağlı dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar yerləşdirib.
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyindən APA-ya daxil olan məlumata görə, həyata keçirilən müvafiq tədbirlərlə həmin şəxsin Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü İlqar Əliabbas oğlu Atayev olması müəyyən edilib və o, ərazi aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinə dəvət olunub.
Aparılmış araşdırmalarla İ.Atayevin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri müəyyən edildiyindən, əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bir daha mətbuat nümayəndələrinin və sosial şəbəkə istifadəçilərinin diqqətinə çatdırır ki, koronavirus infeksiyası ilə bağlı məlumatları yayərkən mütləq qaydada əlaqədar dövlət qurumlarına istinad etsinlər. Koronavirus infeksiyası ilə bağlı əsassız məlumatlar yayan şəxslər barədə bundan sonra da qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
17:02 31.10.2026
Gündəm
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya