FHN Biləsuvardakı partlayışla bağlı məlumat yaydı (VİDEO)

Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə Bilasuvarda yaşayış binasında ilkin ehtimala görə qaz sızması nəticəsində partlayışın olduğu barədə məlumat daxil olub.

Bu barədə  FHN-dən bildirilib.

Məlumata əsasən, hazırda FHN qüvvələri hadisə yerinə cəlb edilib.

Müəyyən edilib ki, partlayış binanın sonuncu mərtəbəsində baş verib, nəticədə binanın damı uçub.