Gəncə sakini bazarda qudasını bıçaqlayıb


Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Dubay bazarı" da qeydə alınlb.

Göygöl rayonun Topalhəsənli kənd sakini, 1965-ci il təvəllüdlü Abdullayev Elxan Heydər oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 56 yaşlı kişini qudası bıçaqlayıb. Səbəb kimi qızını boşadıqları göstərilir.

Faktla bağlı araşdırma aparılır.