Güclü külək 162 nömrəli məktəbin dam örtüyünü uçurub - FOTO

Fevralın 13-də günorta saatlarında güclü külək nəticəsində Səbail rayonu 162 nömrəli tam orta məktəbin dam örtüyünün kənarlarında olan üzlük daşların bir hissəsi qoparaq düşüb.

Məktəbdən APA-ya bildirilib ki, dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün müvafiq addımlar atılıb, aidiyyəti üzrə məlumat verilib.


Hazırda bərpa işləri görülməkdədir.