Gülistan Doku işi ilə bağlı aparılan istintaqda dönəmin Tunceli valisi Tuncay Sonel həbs tələbi ilə məhkəməyə göndərilib.
Sherg.az xəbər verir ki, məlumata görə, 17 apreldə Elazığda saxlanılan Sonel, Ərzurum Asayiş Şöbəsində 3 gün davam edən saxlanmadan sonra adliyəyə gətirilib. O, təxminən 8 saat ifadə verib və ifadəsi saat 17:04-də başa çatıb.
Prokurorluq Tuncay Sonel barəsində “cinayət sübutlarını məhv etmə, gizlətmə və ya dəyişdirmə” ittihamı ilə həbs qətimkan tədbiri tətbiq olunmasını tələb edib. O, növbətçi sulh cinayət hakimliyinə göndərilib.
İstintaqın Ərzurum Baş Prokurorluğu tərəfindən aparıldığı bildirilib.
Tunceli Universitetində oxuyan 21 yaşlı Gülistan Doku 2020-ci il 5 yanvar tarixindən itkin düşüb. Ailəsi 6 yanvarda polisə müraciət edib, lakin aparılan axtarışlardan nəticə əldə olunmayıb.
İstintaq sonradan genişləndirilərək “qəsdən öldürmə”, “cinsi zorakılıq”, “cinayət sübutlarının gizlədilməsi”, “bilişim sistemlərinə qanunsuz müdaxilə”, “azadlıqdan məhrum etmə” və digər ağır ittihamlar üzrə davam etdirilib.
Bu çərçivədə 15 nəfər şübhəli saxlanılıb, onlardan 11-i həbs olunub. Digərləri barəsində isə məhkəmə nəzarəti və ölkədən çıxış qadağası tətbiq edilib.