Gürcü deputatlar yenə yumruqlaşdılar - VİDEO

Gürcüstan parlamentində deputatlar arasında yenidən dava düşüb.
Bakupost.az Gürcüstan KİV-ə istinadla xəbər verir ki, vəziyyət hüquq komitəsi sədrinin oturduqları yerdən qışqıran bir neçə deputatın zaldan çıxarılmasını tələb etməsindən sonra gərginləşib. Deputatlar komitə sədrinə hücum edərək, onu döyməyə cəhd ediblər.
Mühafizəçilər baş verənlərə müdaxilə edib və müxalifətçi deputatların bir qismi zaldan çıxarılıb.