Gürcüstanda azərbaycanlı ailənin 4 üzvü yol qəzasında ölüb

Gürcüstanın  Bolnisi-Dmanisi avtomagistralının Kazreti hissəsində ağır yol-nəqliyyat hadisəsi  baş verib.
24News.ge xəbər portalına şahidlərin verdiyi məlumata görə, Dmanisi rayonunun Səfərli kəndinə gedən "Mitsubishi" markalı avtomobillə yük maşını  - "KAMAZ" toqquşub.
Hadisə nəticəsində "Mitsubishi" avtomobilində olan bir ailənin 4 üzvü  -ata, bala, gəlin və nəvə dünyasını dəyişib.
Hadisə yerinə təcili tibbi yardım və polis cəlb olunub. Faktla bağlı araşdırma başlayıb.