Hacı Şahinlə vida mərasimi keçirilir - FOTO

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi, "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri Hacı Şahin Həsənli ilə vida mərasimi keçirilir.
APA xəbər verir ki, vida mərasimi Məşədi Dadaş məscidində təşkil olunub.
Vida mərasimindən sonra Hacı Şahin Həsənli “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.