Həbsxanada inanılmaz hadisə, narkotika daşıyan pişik ələ keçdi
09:43 19.05.2025
Hadisə
286
Kosta-Rikanın Pococi həbsxanasında qeyri-adi bir hadisə baş verib.
Sherg.az xəbər verir ki, həbsxana əməkdaşları bədəninə iki paket narkotik maddə bağlanmış bir pişiyi ələ keçirib.
Pişiyi fərq edən nəzarətçilər onun üzərində 235 qram marixuana və 67 qram sintetik narkotik aşkar ediblər. Tapılan narkotiklər müsadirə olunub.
Sosial şəbəkələrdə "narko-pişik" adı ilə məşhurlaşan heyvan, sağlamlıq müayinəsi üçün Milli Heyvan Sağlamlığı xidmətinə təhvil verilib.
Kosta-Rikada narkotik istifadəsi və qaçaqmalçılığı ciddi problem olaraq qalmaqdadır.
Amerika mətbuatının məşhur nəşri "The New York Times", 2023-cü ildə Kosta-Rikanın 21 ton kokain ilə narkotik tranzit mərkəzinə çevrildiyini iddia edən məqalə dərc etmişdi.
Bu arada, "Costa Rica Star" qəzetinin “Narkotik Pişiklər: Kosta-Rika həbsxanalarındakı ev heyvanları” başlıqlı son məqaləsində qeyd olunur ki, məhkumlar heyvanlardan narkotik kuryeri kimi istifadə edirlər. Məlumata görə, pişiklər əsasən marixuana, siqaret, nağd pul və əl yazması qeydlərlə azad şəkildə hərəkət edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya