Hər 2 dəqiqədə 1 qadın ölür!
Yusif Nəzərli
06:48 24.02.2023
Hadisə
457
Qadınların vəfatına səbəbsə hamiləlikdir
Ümumdünya Səhiyyə Təşkilatı dəhşətli statistika açıqlayıb. “NTV.com.tr” xəbər verir ki, ÜST-nin yaydığı rəqəmlər dünyada hər 2 dəqiqədə 1 qadının öldüyünü təsdiq edir. Qadınların vəfatına səbəbsə hamiləlikdir. Qadınlar məhz doğuş zamanı həyatını itirir. Ümimiyyətlə, dünyada doğuş zamanı vəfat edən qadınların sayında son illərdə artım qeydə alınıb. ABŞ-də 2000-ci ilin statistikası ilə 2020-ci ilin rəqəmləri müqayisə edildikdə qadınlar arasında doğuş zamanı həyatını itirmə faizinin 75-ə çatdığı, 2000-ci ildə 100 min doğuşda 12 ana ölümü olduğu halda, 2020-ci ildə bu rəqəmin 21-ə yüksəldiyi müəyyən edilib.
ÜST-nin məlumatına görə, dünyada son 5 ildə analar və ana olmağa namizəd qadınlar arasında ölüm faizində yüksəlmə var. ÜST hesabatını tərtib edən epidemioloq həkim Ceni Kresvell "2020-ci ildə dünyada 287.000 qadının ölüm səbəbinin hamiləliklə bağlı olduğu, hər gün təxminən 800 ölüm halı və ya hər 2 dəqiqədə 1 qadın ölümü yaşandığı məlum olub”, söyləyib. Mütəxəssislər belə bir acınacaqlı vəziyyətin yaranmasında qadınların sağlamlığının qorunmamasını əsas göstərir. Qadınların səhiyyə xidmətlərinə əlçatanlığı müxtəlif ölkələrdə fərqlidir. Harda ki, qadınlar səhiyyə xidmətlərindən yararlana bilir, orda ölüm halları da azdır. Dünyada ən çox hamilə qadın ölümü Afrikanın səhralıq bölgələrindədir. Burada hər 100 min doğuşa 545 ölüm faktı qeydə alınıb. ÜST-nin araşdırma departamentinin əməkdaşı, doktor Lale Say isə deyib ki, ana ölümləri bir səhiyyə sisteminin hansı vəziyyətdə olduğunu göstərir: “Qadına edilən yatırımlar əhalinin və ölkələrin gələcəyinə edilən yatırımlardır. Bunu kəsmək, dayandırmaq ölkəni inkişafdan saxlamaq, gələcəyini məhv etmək deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual