İbad Hüseynov Gürcüstanda niyə saxlanılıb? - Səfirlik

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb.

Sherg.az lent.az-a istinadla xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb.

Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb.

Ona ölkəyə buraxılmayacağı barədə xəbərdarlıq olunub.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra İbad Hüseynov sərbəst buraxılıb.

Qeyd edək ki, İbad Hüseynov 23 oktyabr 2026-cı il tarixində Gürcüstanda keçiriləcək tədbirə qatılmaq üçün Tiflisə gedib.

***

Azərbaycanın Gürcüstandakı səfirliyindən Axar.az-a bildirilib ki, hazırda İbad Hüseynov Tiflisdədir və tədbirdə iştirak edir.

“Tədbir Gürcüstan-Azərbaycan dostluğu və Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun həyat və döyüş yolundan bəhs edən bədii filmin -“Qəhrəmanlığa gedən yol – İBAD” – təqdimatıdır. Gürcüstandakı azərbaycanlılar tərəfindən təşkil olunub.

İbad bəyin saxlanılması xırda texniki problem idi. Qısa müddətdə həll olundu və o, Gürcüstana buraxıldı”, - açıqlamada bildirilib.