İmişlidə azyaşlını zorlayıblar? - RƏSMİ CAVAB (YENİLƏNİB)
11:19 09.01.2020
Hadisə
772
Televiziya kanallarının birində yayımlanan verilişdə çıxış edən İmişli rayon sakini oğlunun təcavüzə məruz qalması və kanala atılması barədə səsləndirdiyi iddialar faktın təhrif olunmasından başqa bir şey deyil.
Bunu Oxu.Az-a açıqlamasında DİN Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov deyib:
“Televiziya kanallarının birində yayımlanan verilişdə çıxış edən İmişli rayon sakini oğlunun təcavüzə məruz qalması və kanala atılması barədə səsləndirdiyi iddialar faktın təhrif olunmasından başqa bir şey deyil. Məsələ ondadır ki, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yaşayan Məhəmməd Əvəzov ötən il oktyabrın 16-da İmişli RPŞ-yə ərizə ilə müraciət edərək 14 yaşlı oğlu Vüqarın yaşadığı evin yaxınlığında qoyun otardığı vaxt tanımadığı şəxs tərəfindən boğularaq boğaz nahiyəsindən xəsarət yetirdiyini bildirməklə bu barədə tədbir görülməsini xahiş edib.
Araşdırma zamanı müvafiq şəxslərin izahatları alınmış, hadisə yerinə baxış keçirilmiş, şəkillər çəkilib, baxış protokolu tərtib olunaraq materiala əlavə edilib.
Vüqarı müayinə edən həkim və ekspert rəyində qeyd olunur ki, onda aşkar edilmiş xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Vüqarın guya zorlanması və kanala atılması isə ümumiyyətlə uydurma və əsassız iddiadır.
Bundan başqa araşdırma zamanı Vüqarı döydürdüyü iddia olunan Zahid Vəliyev izahatında göstərib ki, Məhəmmədlə aralarında torpaq mübahisəsi var. O, həmçinin Vüqarın üstünə adam göndərmədiyini və onu döydürmədiyini, torpaq sahəsini icarəyə vermədiyi üçün Məhəmmədin qərəzli olaraq ondan əsassız şikayət etdiyini bildirib”.
14:41
Bakının Binəqədi rayonunda diqqət çəkən hadisə baş verib. Ata böyük oğlu ilə birlikdə bir neçə il azyaşlı qızına təcavüz edib. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Bildirilib ki, şübhəlilər tutulub və hadisə ilə bağlı cinayət işi başladılıb (onların adları açıqlanmır).
İstintaq prosesi Binəqədi Rayon Prokurorluğu tərəfindən aparılır və Respublikanın Baş prokurorunun nəzarətindədir.
Təcavüzə məruz qalan qızın 13 yaşı var. Uşağın məktəbə getməməsi ilə bağlı məktəbdə yaranan narahatlıqdan sonra hadisənin üstü açılıb.
Müəllimlər qızla əlaqə saxlayıblar, uşaq olanların son üç ildə başına gələn bütün hadisəni və buna görə dərsləri buraxdığını danışıb.
Binəqədi Rayon Polis İdarəsi işçiləri dərhal şübhəli pedofilləri tutublar.
Hadisə ilə bağlı bütün lazımi sübutlar əldə edilərək, onlara qarşı cinayət işi başlanılıb.
Saxlanılan qardaşın 21 yaşı var.
Hazırda təcavüzə uğrayan qızla psixoloqlar məşğul olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət