İnəklərindən 2-si dağıntılar altındadır
Yusif Nəzərli
01:30 17.02.2023
Hadisə
395
Ölməsin deyə sahibləri sürünərək heyvanı bəsləyirlər
Adıyamanın Dardağan kəndində yaşayan Birgül və Əziz Tuncay cütlüyü evlərinin məlum zəlzələdə dağılmasına, ağır vəziyyətdə qalmalarına baxmayaraq, mal-qaralarına qulluğu axsatmamağa çalışırlar. “Şərq” “NTV,com.tr”yə istinadən bildirir ki, mərkəzi Kahramanmaraş olan dağıdıcı zəlzələnin gətirdiyi fəlakət hər yerdə özünü göstərir. Heyvandarlıqla məşğul olan yerli sakinlər isə evləri dağlsa da, əşyasız qalsalar da, mal-qaraya qulluq etməkdən vaz keçmirlər. Birgül və Əziz Tuncay cütlüyünün də zəlzələdən öncə müəyyən təsərrüfatları olub.
Tuncay ailəsinin evlərinin altı axur olub və burada 4 inək, 15 keçi, 30 toyuq bəsləyiblər. Zəlzələ baş verdiyində Tuncay ailəsi heyvanları axurdan çıxarmağa çalışıb.
Amma hamısını çıxara bilməyiblər. 2 inək, keçilər və toyuqlar dağıntılar altında qalıb. İnəklərdən 2-si hələ də axurdadır. Dağıntılar var deyə, sahibi onları axurdan çıxara bilmir.
Birgül Tuncay isə inəklər ac qalmasın deyə dağıntıların altıyla sürünərək inəklərə yem verir. Birgül Tuncay əlində yem dağıntılar altına sürünür “gəldim, Bircan, gəldim, qızım” deyərək inəyini şirin dillə çağırır. B.Tuncay heyvanlarını övlad kimi sevdiyini deyib: “Biz dağıntılardan canımızı qurtardıq. Amma heyvanlarımız tələf oldu. İnəyim hələ də axurda qalıb, onu çıxara bilmirik.
Bu inək bizim çörəyimiz, südümüzdür. Dağıntılar altında bir dəlik tapıb ona yem, su aparıram. Qorxa-qorxa gedirəm, yemi, suyu verib tez çıxıram. Ölümü gözə alıram. Amma heyvana da yazığım gəlir, o da acdır, orda sıxışıb qalıb. Övladımız yoxdur, heyvanlarımızı övladlarımız kimi sevirik. Nə olar, kimsə bizə yardım etsin, heyvanı axurdan çıxaraq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm