Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polis Departamentinin Acarıstan Baş İdarəsi və Miqrasiya Departamentinin əməkdaşları İnterpolun qırmızı bülletenlə axtardığı Türkiyə vətəndaşı, 1988-ci il təvəllüdlü şəxsi saxlayıblar.
24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin bildirdiyinə görə, sözügedən şəxs Türkiyə tərəfindən müxtəlif kateqoriyalı cinayətlər, o cümlədən təhdid, təhqir və kiçik miqdarda döyüş sursatı əldə etmək və saxlamaq ittihamları ilə axtarılıb.
Keçirilən istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları həmin şəxsi Batumidə saxlayıblar. Hazırda saxlanılan şəxsə qarşı qanunvericilikdə nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir.