İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs tutuldu - FOTO/VİDEO
Yusif Nəzərli
13:26 16.02.2023
Hadisə
368
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı Binə qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan Allahyar İsgəndərli saxlanılıb.
DİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, onun üzərinə baxış zamanı 2 kiloqrama yaxın narkotik vasitə heroin aşkar edilib. Saxlanılan şəxs sosial şəbəkələrdə tanımadığı “Ümid” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini və onun onlayn yolla paytaxt ərazisinə satmaq məqsədi ilə göndərdiyi heroini qəbul etdiyini bildirib.
Xəzər Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən Mərdəkan, Türkan, Şüvəlan, Şağan qəsəbələri, həmçinin rayonun digər ərazilərində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 9 nəfər saxlanılıb. Həmin şəxslərdən də külli miqdarda heroin, tiryək, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Faktlarla bağlı toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Xəzər rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm