
İrana rəsmi mesaj: “Azərbaycan terraktın arxasında kimin dayandığını bilir”
Yusif Nəzərli
14:19 22.02.2023
Hadisə
541
“Əslində mesajda "məsələ təkçə terrorçunun yox, onun arxasında dayanan qüvvələrin cəzalandırılmasıdır və yalnız bununla Azərbaycan-İran münasibətləri düzələ bilər" fikri çatdırılır”
Prezident İlham Əliyev fevralın 18-də Münhendə televiziya kanallarına müsahibəsində bildirib ki, terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran isteblişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu təsdiqləyir: “Digər qəribə məsələ o idi ki, iki gündən sonra o, əqli çatışmazlığı olan insan kimi elan edildi. Bu ekspertizanı onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mühakiməsindən yayındırmaq üçün atılmış bir addım idi. Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır. Lakin ən vacibi odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran isteblişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır. Yalnız bundan sonra biz münasibətlərin hər hansı normallaşması haqqında danışa bilərik”.

Səfirliyimizə olan hücumdan sonra terrorçunun kanallara çıxarılması və ardınca xəstəxanaya yatırılmasının terraktın rejimin planı olduğunu sübut etdiyini deyən siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a vurğulayıb ki, burada aldadıcı məqam hadisədən sonra İran Xarici İşlər Nazirliyinin etdiyi canfəşanlıq idi:
"Ümumiyyətlə, həmin şəxsi xəstəxanaya yerləşdirmək, onu cəzadan yayındırmaq deməkdir. Terraktın arxasında isə rejimin hansısa qanadı dayandığı görünür. Elə düşünürəm ki, bu SEPAH tərəfindən təşkil edilib. Çünki hazırda İranda hakimiyyətin ötürülməsi prosesi gedir. Xüsusən də etirazlardan sonra hansı qanadın üzə çıxacağı mübarizə başlayıb. Xamenei dövründən sonra isə SEPAH hakimiyyəti öz əlində cəmləşdirməyə çalışır".
Analitikin sözlərinə görə, görünür rəsmi Bakıda bu barədə məlumatlar var:
"Yəni ölkə başçısı rəsmi mesaj verir ki, Azərbaycan terraktın arxasında kimin dayandığını bilir. Əslində mesajda "məsələ təkçə terrorçunun yox, onun arxasında dayanan qüvvələrin cəzalandırılmasıdır və yalnız bununla Azərbaycan-İran münasibətləri düzələ bilər" fikri çatdırılır. Çünki rejimin tərkibindəki qanad zərərsizləşdirilmədiyi təqdirdə, Azərbaycanın səfirliyinin və konsulluğunun təhlükəsizliyinə heç kəs zəmanət verə bilməz. Hadisənin arxasındakı qüvvələr cəzalandıqdan sonra, rəsmi Bakı əmin ola bilər ki, İran hakimyyəti doğrudan da münasibətlərin normallaşmasında maraqlıdır və terraktın arxasında dayanmır. Amma proses rejimin nəinki hadisənin arxasındakı qanadı, heç terrorçunun özünü belə mühakimə etmək istəmədiyini göstərir. Bu isə qarşıdakı dövrdə Azərbaycan və İran arasındakı gərginliyi daha da aktivləşdirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol