İsmayıllı sakinindən qanunsuz odlu silah götürülüb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini N.İbadovdan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Sherg.az”a verilən məlumata görə, onun barəsində protokol tərtib olunaraq müvafiq qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.