İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə gecə saatlarında Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 40-cı kilometrliyində qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü, 33 yaşlı İlkin Abdullazadə xəsarət alıb, sərnişin, 31 yaşlı Münəvvər Abdullazadə isə həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.