İstanbulun Fatih rayonunda rusiyalı qadın turisti küçədə təqib və cinsi qısnamaya məruz qoyduğu müəyyən edilən 31 yaşlı şübhəli sosial şəbəkələrdə yayılan görüntülərdən sonra saxlanılıb.
Sherg.az xəbər verir ki, İstanbul Polis İdarəsinin əməkdaşları sosial media platformalarında geniş rezonans doğuran görüntülərlə bağlı araşdırmaya başlayıb.
Məlumata görə, Rusiyadan gələn qadın turist Fatihin Cankurtaran sahilində gəzərkən dostunun mobil telefonla çəkdiyi görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Videoda naməlum şəxsin qadını izlədiyi və ona qarşı cinsi qısnama xarakterli hərəkətlər etdiyi əks olunub.
Araşdırmalar nəticəsində görüntülərdəki şəxsin 31 yaşlı E.K. olduğu müəyyən edilib. Polis əməkdaşları onu İstanbulun Esenler rayonunda saxlayıb.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.