İt dağıntılar altında öz sahibini axtardı - Təsirli görüntülər

Türkiyədə dəhşətli zəlzələdən sonra ürək dağlayan görüntülər yayılmağa davam edir.
Bakupost.az bildirir ki, bu dəfə yayılan videoda zəlzələdən sonra itin ağzında bir tikə çorəklə evin xarabalıqları üzərində sahibini axtardığı əks olunub.
Həmin görüntülər sosial şəbəkələrdə ən çox izlənilən videolardan biri olub.