Məktəb direktoru işçilərə ayrılan əməkhaqqını mənimsədi - RƏSMİ
13:19 17.08.2021
Hadisə
435
Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov adına 4 saylı tam orta məktəbdə direktor vəzifəsində işləyən Rəhimova Fətdanə Əsədulla qızı tərəfindən dövlət büdcəsi vəsaitlərinin mənimsənilməsinə dair Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.
Baş prokurorluqdan verilən məlumata görə, araşdırma nəticəsində Rəhimova Fətdanə Əsədulla qızının vəzifə səlahiyyətlərindən istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsinin əməkdaşlarının işə gəlməmələrinə şərait yaradıb onlara ayrılan 35 000 manat əməkhaqqını mənimsəməsinə əsaslı şübhələr müəyyən edildiyindən Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Fətdanə Rəhimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət prosessual qanunvericiliyə uyğun olaraq Fətdanə Rəhimovanın xidməti otağında və yaşadığı ünvanda aparılmış axtarış zamanı məktəbin əməkdaşlarının adına olan ümumilikdə 38 ədəd əməkhaqqı kartı, çoxsaylı sosial sığorta şəhadətnamələri və iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb. Rəhimova Fətdanə Əsədulla qızının qanunsuz əməllərindən zərər çəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 - Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
14:03 05.09.2026
Cənubi Qafqaz
ABŞ müsəlman ölkələrinə 6 milyardlıq silah göndərir
13:39 05.09.2026
Dünya
Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?
13:19 05.09.2026
Aktual
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
13:04 05.09.2026
Dünya
İsrail ordusu “Hizbullah”ın hərbi obyektlərinə zərbə endirib
12:35 05.09.2026
Dünya
ABŞ prezidentinin xüsusi nümayəndəsi Moskvaya gəlib
12:33 05.09.2026
Gündəm
Messi və Ronaldo yenidən üz-üzə gələ bilər
12:29 05.09.2026
Futbol
Üç hərbi gəmiyə mindi: Üçü də batdı, amma o sağ qaldı
12:21 05.09.2026
Maraqlı
Trampdan Yaxın Şərq üçün gizli plan: İran hədəfdə
11:47 05.09.2026
Dünya