“Əlbəttə, hərbi-vətənpərvərlik ruhunun təbliğində KİV-in üzərinə xüsusi vəzifə düşür. Müharibə şəraitində yaşadığımız bir dövrdə gərək televiziyalarımız şou proqramları arxa plana atsın. Vətənpərvərlik bütün istiqamətlərdən qabaqada dayanmalıdır. Dostlarımızı saymağa bir əlin barmaqları da çoxdur. Düşmənlərimiz isə saç tükü qədərdir. Deməli, kompakt şəkildə birləşməli, vahid cəbhədə vuruşmalıyıq. Hər kəs- jurnalist də, yazar da, dulusçu da, müəllim də, usta da... vəzifəsini məsuliyyətlə yerinə yetirsə, inanın ki, xüsusi təbliğata ehtiyac qalmaz”.
Məsələyə ciddi yanaşmalıyıq ! - “Dil, torpaq, dövlət, bayraq daim qorunmalıdır”
Banuçiçək Kalbalıyeva
13:41 07.09.2020
Hadisə
1479
“Bu dəyərləri qorumaq insanın həm də özünü qoruması deməkdir”
“Bizim bunun üçün hər cür-mənəvi, psixoloji, tarixi və hərbi imkanlarımız var”
“Qəhrəmanlarımıza heykəl qoyulması, onların adına küçə salınması da hərbi-vətənpərvərlik işinin tərkib hissəsidir”
Son günlər məşhur misralar tez-tez yadıma düşür: “Vətən məni yetişdirib, bu ellərə yolladı, “boş oturma çalış” dedi, xidmət elə vətənə...”. İndi- düşmən təxribatlarının səngimədiyi, torpaq həsrətimizin ən yüksək həddə çatdığı bir vaxtda gənclərimizə ehtiyacımız var. Hər birimiz nəinki sərhədlərimizi qorumağa, hətta düşmənə yerini göstərməyə, onu məhv etməyə hazır olmalıyıq. Bir nəfər kimi! Bunun üçün ən vacib şərt isə, şübhəsiz ki, cəmiyyətdəki hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsidir.
Hərbi ekspert, uzun illər “Azərbaycan ordusu” qəzetinin baş redaktoru kimi çalışmış İbrahim Rüstəmli “Sherg.az”a danışarkən bildirib ki, bu, ümummilli məsələ olmalıdır:
“Hərbi-vətənpərvərlik çox geniş, hər kəsin iştirak etməli olduğu prosesdir. Effekt əldə etməkdən ötrü yaşından və nə işlə məşğul olmağından-istər dulusçu, palançı olsun, istər ən ali vəzifə sahibi heç kim məsələdən kənarda qalmamalıdır. Nəzərə almaq lazımdır ki, vətənpərvərlik bütün dövrlərin ən müqəddəs işidir. Hələ qədim zamanlardan bəşər övladı hər hansı bir ərazinin ona aid olduğunu bildiyi andan etibarən onu mühafizə etməyə çalışıb. Ümumiyyətlə, insan ona aid olanı qorumalıdır.
Bu dəyərlərin içərisində ən başlıcası, şübhəsiz, dil, torpaq, sərhəddir. Onları qorumaq insanın həm də özünü qoruması deməkdir. Deməli, məsələyə daha ciddi yanaşmalıyıq. Bizim bunun üçün hər cür-həm mənəvi, həm psixoloji, həm tarixi, həm hərbi imkanlarımız var. Tarixi şəxsiyyətlərə, qəhrəmanlarımıza heykəl qoyulması, onların adına küçə salınması da məhz hərbi-vətənpərvərlik işinin tərkib hissəsidir”.
İ.Rüstəmlinin sözlərinə görə, bu məsələ konseptual yanaşma tələb edir:
“Bizim Cümhuriyyət dövründə Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski, Süleyman bəy Sülkeviç kimi generallarımız, ordu rəhbərlərimiz olub. Müasir dövrdə isə Mübariz İbrahimovun, Rəşad Atakişiyevin, Raquf Orucovun, Pəncəli Teymurovun, Polad Həşimovun və başqalarının adlarını çəkmək olar. Deməli, təkcə ayrı-ayrı qəhrəmanları təbliğ etmək yox, həm də mənsub olduğumuz xalqın mənəvi dəyərlərini qorumaq lazımdır.
Bir daha deyirəm ki, bu, özümüzü, varlığımızı qorumaq deməkdir. Bunun üçün böyük vəsait lazım deyil. Sadəcə ürəkdən istəmək kifayətdir. Bəzi sürücülərimiz maşınlarının şüşələrinə qəhrəmanlarımızın fotolarını vurublar. Təkcə xatırlatdığım məqam insana xoş aura verir. İnsan ağac kimidir. Onu dirçəldən, canlandıran aparılan təbliğatdır”.
Ekspert, həmçinin gənc nəslə məsləhət də verib:
“Əlbəttə, hərbi-vətənpərvərlik ruhunun təbliğində KİV-in üzərinə xüsusi vəzifə düşür. Müharibə şəraitində yaşadığımız bir dövrdə gərək televiziyalarımız şou proqramları arxa plana atsın. Vətənpərvərlik bütün istiqamətlərdən qabaqada dayanmalıdır. Dostlarımızı saymağa bir əlin barmaqları da çoxdur. Düşmənlərimiz isə saç tükü qədərdir. Deməli, kompakt şəkildə birləşməli, vahid cəbhədə vuruşmalıyıq. Hər kəs- jurnalist də, yazar da, dulusçu da, müəllim də, usta da... vəzifəsini məsuliyyətlə yerinə yetirsə, inanın ki, xüsusi təbliğata ehtiyac qalmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm