Moskvada hoteldə yanğın: ölənlərin sayı 7-yə çatıb

Rusiyanın paytaxtı Moskvanın mərkəzində Mejdunarodnaya küçəsində, “MKM” hotelinin yerləşdiyi binada baş verən yanğın nəticəsində ölənlərin sayı 7-yə yüksəlib.

“Report” "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisədə 11 nəfər yaralanıb.