Naxçıvanda yaşayış binası yanır - VİDEO -YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Naxçıvandakı yanğınla bağlı məlumat yayıb.
FHN-dən "Report"a bildirilib ki, şəhərin 2-ci mikrorayon ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam edir.

16:16

Naxçıvan şəhərində altımərtəbəli yaşayış binası yanır.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. 
Yanğın şəhərin 3-cü mikrorayon ərazisində, Naxçıvan Universitetinin yaxınlığında baş verib.
Əraziyə yanğınsöndürənlər cəlb olunub.