Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın söndürüldü - YENİLƏNDİ

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən onaltımərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.