Niyaz Niftiyev məhkəmə zalından azadlığa buraxılıb
13:05 17.08.2021
Hadisə
413
Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi Bələdiyyəsinin sədri Niyaz Niftiyev, bələdiyyə sədrinin müavini olmuş Mətanət Nəsibova və Bələdiyyə vergiləri və yerli gəlirlər şöbəsinin müdiri Sahib Abışovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
"Report" xəbər verir ki, proses hakim Əli Məmmədovun sədrliyi ilə baş tutub.
İclasda çıxış edən dövlət ittihamçısı Niyaz Niftiyev və Sahib Abışov barəsində 2 il 6 ay müddətinə sınaq müddəti seçilməklə, Mətanət Nəsibova barəsində isə 2 il müddətinə sınaq müddəti seçilməklə şərti cəza verilməsini istəyib.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib. Vəkillər müdafiə etdiyi şəxslər barəsində bəraət hökmü çıxarılmasını istəyiblər.
Daha sonra təqsirləndirilən şəxslərə son söz verilib. Onlar özlərini təqsirli bilmədiklərini və bəraət hökmü verilməsini xahiş ediblər.
Niyaz Niftiyev son sözündə bələdiyyə sədri işləyərkən rüşvət almadığını və heç kəsə qanunsuz arayış vermədiyini bildirib.
Daha sonra müşavirəyə yollanan məhkəmə müşavirədən qayıtdıqdan sonra hökm elan edib.
Hökmə əsasən, Niyaz Niftiyev 2 il müddətə azadlıqdan məhrum edilib. N.Niftiyev 1 il 4 aydır həbsdə olduğundan onum cəzasının yerdə qalan 8 aylıq müddəti şərti hesab edilib və ona 2 il sınaq müddəti tətbiq edilib. N.Niftiyev məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız N.Niftiyev həbsdə idi. Digər iki şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğun rəsmi məlumatında bildirilirdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi tədbir nəticəsində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə onların qəsəbə ərazisində guya meyvə-tərəvəz və digər yeyinti məhsullarının satışı ilə məşğul olduqları barədə saxta arayışlar satan zaman xidməti otaqlarında saxlanılıblar.
Onlara qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülmüşdü.
Faktla bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla N.Niftiyev barəsində 18 aprel 2020-ci il tarixdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Niyaz Niftiyevə Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.1, 311.3.2 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan olunmuşdu.
Qeyd edək ki, N.Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür, Azadinform.az saytının rəhbəri olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
14:03 05.09.2026
Cənubi Qafqaz
ABŞ müsəlman ölkələrinə 6 milyardlıq silah göndərir
13:39 05.09.2026
Dünya
Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?
13:19 05.09.2026
Aktual
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
13:04 05.09.2026
Dünya
İsrail ordusu “Hizbullah”ın hərbi obyektlərinə zərbə endirib
12:35 05.09.2026
Dünya
ABŞ prezidentinin xüsusi nümayəndəsi Moskvaya gəlib
12:33 05.09.2026
Gündəm
Messi və Ronaldo yenidən üz-üzə gələ bilər
12:29 05.09.2026
Futbol
Üç hərbi gəmiyə mindi: Üçü də batdı, amma o sağ qaldı
12:21 05.09.2026
Maraqlı
Trampdan Yaxın Şərq üçün gizli plan: İran hədəfdə
11:47 05.09.2026
Dünya