Ömürlük cəza alan şəxs günahsız imiş - 28 ildən sonra həbsdən çıxdı

Qətlə görə ömürlük həbs cəzasına məhkum edilən şəxsin 28 ildən sonra günahsız olduğu üzə çıxıb.
Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Missuri ştatında baş verib.
Ömürlük həbs cəzasına məhkum edilən 50 yaşlı Lamar Conson 28 il cəza çəkdikdən sonra onun cinayət törətmədiyinə dair etibarlı sübutlar tapılıb.
Məhkəmə Consonun təqsirsiz olduğu sübüt olunandan sonra onun barəsində hökmü ləğv edib və o, sərbəst buraxılıb.
Qeyd edək ki, Conson 1994-cü ildə Markus Boyd adlı şəxsin iki maskalı şəxs tərəfindən güllələnərək öldürülməsi işinə görə mühakimə olunub. Qətlin narkotik satışı ilə bağlı mübahisə zəminində törədildiyi bildirilib.
Conson həmin vaxt sevgilisi ilə birlikdə cinayət yerindən kilometrlərlə uzaqda olduğunu deyib və günahsız olduğunu bildirib. Consonun vəkilləri onun günahsız olduğuna dair sübutları olduğunu desələr də, qaradərili gəncə məhəl qoyulmayıb.