Ordubadda 54 evdən oğurluq edən qrup saxlanılıb

Ordubad rayonunda 54 evdən silsilə oğurluqlar edən cinayətkar qrup saxlanılıb.

Sherg..az Report-a istinadla xəbər verir ki, Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində biri şəhid ailəsinin yaşadığı ev olmaqla, ümumilikdə 54 evdən silsilə oğurluqlar edən cinayətkar qrupu saxlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.