Paytaxtda sərnişin avtobusu qəzaya düşdü: Xəsarət alan var - YENİLƏNİB + FOTO

“Hərəkətdə olan minik avtomobili digər hərəkət zolağına keçərək “BakuBus” sərnişin avtobusuna çırpılıb”. 
Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. 
O bildirib ki, ilkin məlumata görə, günah avtobus sürücüsündə olmayıb:
“Qəza minik avtomobilinin yol hərəkəti qaydasını pozması səbəbindən baş verib. Nəticədə avtobusun sürücüsü ayağından yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.
09:24
Bakıda “BakuBus” MMC-ə məxsus avtobus qəza törədib.
Oxu.Az xəbər verir ki, hadisə səhər saatlarında paytaxtın Füzuli küçəsində baş verib. 
Belə ki, 99-JJ-825 dövlət nömrə nişanlı sərnişin avtobusu yol kənarındakı səkinin üstünə çıxıb. İlkin ehtimallara görə qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.