
Pul qarşılığında fala baxmaq artıq CİNAYƏT hesab olunur
10:26 25.04.2025
Hadisə
407
Dələduzluq və cinayət yolu ilə əldə edilmiş gəlirləri yuma ittihamları ilə axtarışda olan və xaricdə olduğu üçün barəsində qırmızı bülleten çıxarılan Ebru T., pul qarşılığında fala baxdığı üçün də 3 ay həbs cəzasına məhkum edilib.
Sherg.az xəbər verir ki, Türkiyədə pul qarşılığında fala baxmaq artıq cinayət hesab olunur.
Dələduzluq və cinayət gəlirlərinin yuyulması işi üzrə zərərçəkmiş tərəfin vəkili Burak Temizer, Maliyyə Cinayətləri Araşdırma İdarəsinin (MASAK) hesabatını araşdırarkən, sanıqlardan biri olan Ebru T.-nin maliyyə əməliyyatları diqqətini çəkib.
Vəkil Temizer, sanığın hesabında "150, 200, 250, 300 TL" məbləğlərdə pul hərəkətləri olduğunu və əməliyyat açıqlamalarında "fal", "fal üçün", "oxuma haqqı", "fal haqqı", "fal ödənişi" kimi qeydlərin yer aldığını gördüyünü bildirib.

Av. Temizer bundan sonra şikayət ərizəsi hazırlayıb və 677 saylı qanuna əsaslanaraq Ebru T. barəsində fala baxmaqla bağlı cinayətə görə prokurorluğa müraciət edib.
İddianamə hazırlanaraq ictimai ittiham üzrə cinayət işi açılıb.
İstanbul Anadolu 44-cü Asliye Cəza Məhkəməsi, 1925-ci ildən qüvvədə olan 677 saylı qanuna əsaslanaraq pul qarşılığında fala baxmağı cinayət hesab edib və Ebru T.-yə 3 ay həbs cəzası verib. Hökmdə cəzanın icrasının təxirə salınması tətbiq edilməyib.
Dələduzluq və cinayət gəlirlərini yuma ittihamları ilə 10 il 6 ay qəti cəza almış və qırmızı bültenlə axtarılan adamın cinayət dosyesinə fala baxmaq səbəbilə də 3 ay həbs cəzası əlavə olunub.
FAL BAXMAQ CİNAYƏTDİR Mİ?
1925-ci ildən qüvvədə olan 677 saylı qanuna görə, fala baxmaq, falçılıqla məşğul olmaq və bunu peşə kimi davam etdirmək cinayət sayılır.
Həbs cəzası isə 3 aydan başlayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya