Qar uçqunu! - 28 nəfər həyatını itirdi

Çinin cənub qərbində yerləşən Tibetin "Nyingchi" şəhərində əsas yolda qar uçqunu yaşanıb.
"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki uçqun səbəbi ilə çox sayda avtomobil tıxacda qalıb. 
Qeyd edək ki, 4 gündür davam etdirilən axtarış-xilasetmə tədbirləri artıq yekunlaşıb. Faciədə 28 nəfərin həyatını itirdiyi açıqlanıb.
Xilasetmə tədbirində  yanğınsöndürənlər, Əsgərlər və sadə xalq olmaq üzərə 1348 nəfərin yer aldığı çatdırılıb.
Mənbə: Hürriyyət qazeti