“Qarabağ” – “Neftçi” oyununda insidentə cəhd göstərən 19 nəfər saxlanıldı

"Qarabağ" – "Neftçi" futbol oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, həmin şəxslər barəsində aidiyyəti polis orqanında məsuliyyət tədbirləri görülür.