Qaxda toydan sonra xəstəxanaya düşən gənc ölüb, kəlləsində sınıq olub
Yusif Nəzərli
09:39 27.07.2025
Hadisə
332
23 yaşlı Ağdam rayon sakini Qax Rayon Mərkəzi Xəstəxanasında həyatını itirib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarında Qax şəhər ərazisindəki şadlıq evlərinin birində keçirilən toy məclisində iştirak edən hazırda Zaqatala rayonu qaçqın şəhərciyində yaşayan Ağdam rayon sakini 2002-ci il təvəllüdlü Orxan Nizami oğlu Qarayev şadlıq evinin pilləkənindən yıxılaraq ağır kəllə-beyn xəsarəti alıb.
Hadisədən sonra 23 yaşlı gənc Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq O.Qarayev bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.
O.Qarayevin ölümünə aydınlıq gətirilmək üçün meyit Məhkəmə Tibbi Ekpertiza və Potoloji Anataomiya Birliyinin Qax rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı Qax rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
23 yaşlı gəncin xəstəxanada ölməsi faktı ilə bağlı TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 26.07.2025-ci il tarixində saat 21:20 radələrində yıxılması səbəbilə 2002-ci il təvəllüdlü (kişi cinsli) şəxs Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona dəqiqləşdirilməmiş kəllə-beyin silkələnməsi, kəllə əsasının sınığı, burun-qulaq qanaxması diaqnozu təyin olunub.
Pasiyent dərhal Cərrahiyyə şöbəsinə yerləşdirilib, lakin həkimlərin çoxsaylı səylərinə baxmayaraq 27.07.2025-ci il tarixində saat 08:00 radələrində ölüm faktı qeydə alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm