Qubada 5 bal gücündə zəlzələ olub

Quba rayonunda 4.9 bal gücündə zəlzələ qeydə alınıb.

Sherg.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yerli vaxtla 20:56-da baş verən zəlzələ yerin 13 km dərinliyində olub.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Quba rayonunda zəlzələ qeydə alınıb.Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.