Qusarda minik maşını dərəyə aşıb, bir ailənin 4 üzvü xəsarət alıb

Bu gün Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Qusar-Şahdağ yolunda qeydə alınıb.


1975-ci il təvəllüdlü İlham Mirzəağayevin idarə etdiyi minik maşını yoldan çıxaraq dərəyə düşüb.

Hadisə nəticəsində sürücü ilə yanaşı avtomildə olan sərnişinlər 1979-cu il təvəllüdlü Fərqanə Mirzəağayeva, 2003-cü il təvəllüdlü Yusif Mirzəağayev, 2011-ci il təvəllüdlü Gülay Mirzəağayeva və 2015-ci il təvəllüdlü Eldar İbrahimli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.