Qutuda ölmüş uşağın sirri
19:30 02.08.2022
Hadisə
886
Polislər ona canlı kimi paltar geyindirib, şəklini çəkiblər
ABŞ-ın Filadelfiya ştatında bir qış günü qutuda ölü uşaq tapılıb. Uşağın kimliyi müəyyənləşməyib. Hadisənin üzərindən yarım əsrdən artıq zaman keçsə də, sirr pərdəsi bu gün də aradan qalxmayıb. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, 1957-ci ilin 25 fevral günü Filadelfiya sakini Frederik Benonis yolda karton qutuya rast gəlir. Yaxınlaşdıqda qutunun içində uşaq olduğunu görür. Daha doğrusu, qutudakı həqiqi uşaq, yoxsa oyuncaq – gəlincikdir, deyə şübhələnir. Əvvəllər yolu polisə düşdüyündən polis şöbəsinə zəng vurmaqdan ehtiyatlanır, “suç üzərimdə qalır”, deyə.
Ertəsi gün isə 4 yaşlı qız uşağının meyitinin tapıldığını radioda eşidir. “Yoxsa gördüyüm, həmin uşaq idi?”, özünə sual edir. Radioda verilən məlumatda bildirilirdi ki, meyitdə ağır yaralar var, başından zərbə almış, bədənində müxtəlif işgəncə izləri, demək olar çılpaq halda, nazik bir bezə bükülü vəziyyətdə tapılıb. Günlər keçsə də, kimsə meyitə sahib çıxmayıb, kimsə polisə zəng edib uşağının, körpəsinin itdiyini, yaxud qaçırıldığını xəbər verməyib. Yüzlərlə polis əməkdaşı meşədə axtarış aparıb. Yerli media 200 mindən artıq broşüra paylayıb. Həttra polis “körpəni geyindirib” canlı görüntüsü yaradaraq fotosunu da yayıb. Lakin kimsə körpəyə sahib çıxmayıb. Mülahizələr, iddialar getdikcə çoxalıb. Həmin ərəfədə itən və ya vəfat etmiş uşaqların ailələriylə görüşülüb.
Yenə də bir nəticə hasil olmayıb. 2-3 il əvvəl ölmüş uşaqlarla bağlı da DNA testi edildi, heç biri tapılan meyitlə eyni gəlmədi.
Filadelfiya polisi 1961-ci ildə 10 övladlarından biri vəfat etmiş Dudli ailəsini də sorğuya çəkdi. Ailənin 10 övladından biri qida azlığı səbəbindən vəfat edibmiş.
Lakin vəfat etmiş körpə ilə qutuda tapılan meyitin göstəriciləri yenə üst-üstə düşmədi. Daha sonra, 1954-cü ildə bioloji valideynindən bir körpə övladlığa götürmüş adı açıqlanmayan bir qadın istintaqa cəlb edildi.
Qadının övladlığa götürdüyü körpə işgəncə nəticəsində vəfat etmişdi. Amma qadının psixoloji problemləri vardı və polis onun hər dediyini ciddiyə ala bilməzdi. İşə güclü dedektivlər qoşuldu, amma yenə də heç bir nəticə alınmadı.
Nəhayət, 2020-ci ildə “Amerikanın sirli körpəsi” adlı veb.səhifə yaradıldı və bütün ictimaiyyətə, hətta bütün dünyaya “bu sirrin çözülməsinə yardımçı olun”, mesajı verildi. Bu gün də qutuda ölü tapılmış körpənin kimliyi müəmmalı olaraq qalır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual