Rusiyanın İrkutsk vilayətində itkin düşən Cessna 182 yüngülmühərrikli təyyarəsinin qəzaya uğradığı yer müəyyən edilib.
Sherg.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru İqor Kobzev məlumat verib.
Onun sözlərinə görə, təyyarə dağ yamacına çırpıldığı üçün zədələnsə də, göyərtədə olan pilot və müşahidəçi sağ qalıb.

Qeyd edək ki, Cessna 182 meşə yanğınları ilə bağlı monitorinq uçuşu həyata keçirirdi. Təyyarə bazar ertəsi təyin olunmuş vaxtda əlaqəyə çıxmayıb və geri qayıtmayıb. Axtarışlar zamanı ekipaj özlərinin hazırladığı radiostansiya vasitəsilə əlaqə saxlayaraq koordinatlarını xilasedicilərə çatdırıb.
Məlumata görə, təyyarə Leninqrad vilayətində fəaliyyət göstərən "Gostavia" şirkətinə məxsus olub.