Samuxda qəza olub, xəsarət alanlar var

Samuxda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.Hərəkətdə olan "VAZ 21011 "markalı minik maşını ilə “Opel” markalı avtomobil toqquşub. Qəza zamanı bir neçə nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.