SEPAH qüvvələri bəluc gənci qətlə yetirdilər - FOTO
Yusif Nəzərli
11:03 17.05.2023
Hadisə
432
İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr bölgəsində 24 yaşlı gənc İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib.
“Azad İran” “Telegram” kanalı bu barədə Bəluc Fəallarının Kampaniyasının məlumatına istinadla xəbər yayıb.
SEPAH qüvvələrinin qətlə yetirdiyi Cümə Sərəfrazi pərakəndə yanacaq satışı ilə məşğul olub.
Məlumatda bildirilir ki, SEPAH döyüşçüləri onun avtomobilinə atəş açıblar.
Nəticədə avtomobil aşaraq alovlanıb və sürücü həyatını itirib.
Qeyd edək ki, İranın Sistan və Bəlucistan əyalətində yaşayan sünni məzhəbli bəluclar iqtisadi göstəricilərə görə ölkədə ən ağır şəraitdədirlər.
Onlar gündəlik dolanışıqlarını təmin etmək üçün işsizlik ucbatından qanunsuz pərakəndə yanacaq satışı ilə məşğul olurlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi