Şərurda ilan 60 yaşlı kişini sancıb

Şərur rayonunda ilan 60 yaşlı kişini sancıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Axura kəndində baş verib.

1966-cı il təvəllüdlü Kazımov Rasim Yusif oğlu ilan sancması nəticəsində Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib.

Vəziyyəti ağır, lakin stabildir.