Siçan dişlədi: 37 yaşlı qadın orqanlarını itirdi
Məlahət Rzayeva
03:56 28.04.2021
Hadisə
942
Bir siçanın dişləməsi nəticəsində 37 yaşlı qadın burnunu, dodaqlarını, ayaqlarını, qollarını itirib. Bu, inanılmaz, heyrətli, bir o qədər də qorxuncdur. Bu siçanlara “firon siçanları” deyilir. Onlar ilanlar, hətta aslanlarla mücadilə aparmaqları ilə məşhurdur. “Milliyet.com”da yer alan xəbərdə bildirilir ki, hadisə Cənubi Afrikada baş verib.
Cənubi Afrikanın KvaZulu-Natal şəhərində yaşayan 37 yaşlı Şaninleya Visser 4 il öncə keçmiş müdirinin evindəykən bir siçan əlinin baş barmağı ilə işarət barmağı arasındakı bölgədən dişləyib.
Qadın bunun sadəcə kiçik bir cızıq olduğunu zənn edib. Siçanın dişləməsinin həyatını cəhənnəmə döndərəcəyini, əlbəttə ki, ağlına belə gətirməyib. Lakin hadisədən iki gün sonra gözlənilmədən yerə yıxılıb və xəstəxanaya aparılıb. Müayinələr zamanı məlum olub ki, qadında qanın zəhərlənməsi prosesi gedir və həyat əhəmiyyətli orqanlar sürətli bir şəkildə iflas etməkdədir. Proses qadında septik şoka səbəb olub. Qadın bu haqda danışır ki, əlləri od tutub yanırdı:
“Dözülməz ağrı içindəydim. Qadının üzərində 70-ə yaxın cərrahi əməliyyat aparılıb.
Günlərlə komada qalan qadın qızına, ailəsinə həyatda qalma şansının çox zəif olduğunu söyləyib. Onun həyatını qurtarmağa çalışan həkimlər 11 gün ərzində qadını “süni koma” vəziyyətində saxlayıblar. Həkimlər qadının burnunu, dodaqlarını, hər iki ayağını diz qapağından aşağı və hər iki qolunu da dirsəkdən aşağı amputasiya etmək məcburiyyətində qalıblar. Sonrasa qadın çənə və dodaqlarını yenidən inşa etmək üçün plastik-cərrahiyyə əməliyyatı keçirib. 70-ə yaxın əməliyyatdan sonra qadın yeni üzünün görüntülərini instaqram hesabında paylaşıb. Qadın indi teleaparıcılığa başlayıb. Öz həyat hekayəsini danışmaqla yanaşı narkotik asılılıqlı gənclərin həyatından da reportaj hazırlayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol