Şikəst uşaq 35 il sonra öldü
Məlahət Rzayeva
03:25 29.07.2021
Hadisə
921
Baxıcı 5 aylığında körpəyə zərər yetişmişdi, indi məhkəməyə çıxarılacaq
Baxıcının 5 aylıq körpəni möhkəm bir şəkildə silkələməsi uşaqda beyin zədələnməsinə səbəb olub. Uşaq şikəst olub, 35 il sonra isə həyatla vidalaşıb. “Şərq” “İndependent Türkcə”yə istinadən xəbər verir ki, tibbi ekspertiza şəxsin ölümünə səbəb kimi məhz 5 aylığında güclü bir şəkildə silkələnməsindən beyində əmələ gəlmiş zədələnməni göstərib. Buna görə də o zaman körpənin baxıcısı olmuş qadın istintaqa cəlb edilib.
Hadisə isə 1985-ci ildə baş verib. Ray və Joo Doulinq cütlüyü 5 aylıq körpələri Benjamini baxıcıya etibar ediblər. Baxıcı isə körpəyə zərər yetirib. Valideynlər “Benjamin zədə aldıqdan sonra inkişafdan geri qaldı, ailəsinə, başqalarına möhtac yaşadı. Əsla iməkləmədi, tam olaraq dönə, fırlana bilmədi. Addım atmadı, qaçmadı.
Özü yemək yeyə bilmədi. Daim biz oni yedizdirmək məcburiyyətində qaldıq. Bir hamburqer və ya dondurma yemənin ləzzətini ala bilmədi. Bir yeri ağrıdığında, hətta qaşındıqda belə söyləyə bilmədi.
Biz onun ehtiyaclarını ödəməyə çalışdıq. Bilmirik, buna nail ola bildikmi?!”, söyləyiblər. Benjaminin baxıcısı, hazırda 59 yaşlı Terriy McKirchi birinci dərəcəli cinayətdə şübhəli bilinərək hazırda ABŞ-ın Florida ştatında məhkəmə istintaqının başlanmasını gözləyir.
Maraqlıdır ki, baxıcı qadın 1985-ci ildə cinayətə təşəbbüs suçlamasına etiraz bildirməyib, Benjaminə zədə yetirməsini isə rədd edib. Cəzaya etiraz etməməsinin səbəbi isə baxıcının o zaman hamilə olmasıdır.
Cəzaya etiraz etmədiyi üçün məhkəmə onun barəsində doğuşa qədər yalnız həftəsonları həbsdə qalmaq cəzası çıxarıb.
İndi isə 35 yaşlı Benjaminin ölümünə 5 aylıqkən aldığı beyin zədəsinin səbəb olduğu müəyyənləşdiyindən baxıcı təkrar məhkəmə qarşısına çıxacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya