Tbilisidə 1999-cu il təvəllüdlü Azərbaycan vətəndaşı olan F.A. adlı şəxs soyğunçuluq ittihamı ilə saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidə vətəndaşın əl çantasını oğurlayaraq hadisə yerindən qaçıb.
Azərbaycan vətəndaşı cinayət əməlinin törədilməsindən qısa müddət sonra şübhəli şəxs kimi yaxalanıb. Oğurlanmış əl çantası maddi sübut kimi götürülüb.
Faktla bağlı istintaq davam etdirilir. Törədilmiş cinayət əməli 6 ilədək həbs cəzası ilə cəzalandırılır.