Tbilisidə bağçalarda zəhərlənən uşaqların sayı 100-ü ötüb

Tbilisidə zəhərlənmə əlamətləri səbəbindən 100-dən çox bağça uşağının xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, uşaqların heç birinin vəziyyətində ağırlaşma riski olmayıb.

Nazir zəhərlənmənin səbəblərinin araşdırma nəticəsində müəyyən ediləcəyini vurğulayıb.

Qeyd edək ki, Tbilisidə yerləşən 20 uşaq bağçasında kütləvi zəhərlənmə baş verib. İntoksikasiyaya bağçalarda qəbul olunan qida məhsullarından qaynaqlanan bakterial infeksiyanın səbəb olduğu ehtimal edilir. Faktla bağlı Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti insan həyatına və sağlamlığına təhlükə olan qida məhsullarının hazırlanması və reallaşdırılması maddəsi üzrə istintaq aparır.