Türkiyə Quru Qoşunlarına məxsus hərbi təyyarə təcili orqan transplantasiyası gözləyən xəstə üçün ürək qreftini İstanbuldan Ordu şəhərinə çatdırıb.
Sherg.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbi təyyarə ilə həyata keçirilən əməliyyat nəticəsində ürək qrefti vaxtında təyinat yerinə çatdırılıb.
Nazirlik həyat xilas edən bu missiyada iştirak edən bütün şəxsi heyətə təşəkkür edib və orqan nəqli gözləyən xəstəyə tezliklə sağalması arzulanıb.