Türkiyədəki 7,7-lik zəlzələdən yeni görüntülər - VİDEO

Türkiyədə dəhşətli zəlzələnin yeni görüntüləri yayılıb.
Bakupost.az türk mediasına istinadla bildirir ki, görüntülər iş yerinin təhlükəsizlik kameralarına əks olunub.
Videoda zəlzələnin gücü bir daha özünü göstərir, otaqdakı ağır borular, materiallar saniyələr içində yerə düşür.
Qeyd edək ki, zəlzələdə ən çox ziyan çəkən şəhərlərdən biri də Hatay olub. Hatayda başda Antakya olmaqla bir çox bina dağıdılıb, minlərlə insan həyatını itirib.