Türkiyənin cənubunda 5 maqnitudalı zəlzələ baş verib

Türkiyənin cənubundakı Adana vilayətində 5 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar bir neçə qonşu vilayətdə də hiss olunub.

Sherg.az-xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlərə Qarşı Mübarizə İdarəsi (AFAD) məlumat yayıb.

Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.

“Adana vilayətinin Saimbeyli rayonunda baş verən 5 maqnitudalı zəlzələdən sonra hazırda hər hansı mənfi hal qeydə alınmayıb”, – AFAD-ın açıqlamasında bildirilib.

Yeraltı təkanlar Adana, Kahramanmaraş, Osmaniyə, Kayseri və Qaziantep vilayətlərində hiss olunub.