Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB

Bakının Xətai rayonunda avtoservisdə baş verən yanğın söndürülüb.

Bu barədə Sherg.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.


***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Sherg.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.