“Xəzər canavarı” Moskvaya aparıldı
Məlahət Rzayeva
15:08 26.03.2021
Hadisə
2366
Uzun illər öncə Xəzər dənizində təcrübə zamanı qəzaya uğramış hərbi təyyarə yalnız bu günlərdə sudan çıxarılaraq Rusiyaya aparılıb.
Sherg.az “Sabah.com”a istinadən xəbər verir ki, SSRİ dönəmində - 1965-ci ildə istehsal edilən və “LUN” adı verilmiş hərbi təyyarə 1966-1980-ci illər arasında Xəzər dənizində təcrübədən keçirilib. Görünüşcə həm təyyarəyə, həm də gəmiyə bənzəyən nəhəng hərb maşını ekranoplan adlanır. Nəhəng hava gəmisi təcrübə zamanı qəzaya uğradıqdan sonra uzun illər Xəzər sularında atılmış vəziyyətdə qalıb.
Rusların “maket gəmi” dediyi bu hərb maşınının “işi” Qara dənizdə yük daşımaq və düşmən gəmilərini təsirsiz hala gətirmək imiş. Pilot xətası səbəbiylə qəzaya uğrayan təyyarə 300 ton ağırlığındadır. Sürəti saatda 500 km olub, 10 ədəd motoru varmış, 92 metr uzunluğunda, 38 metr qanad aça bilirmiş və su səthindən 4 metr yüksəklikdə uçmaq qabiliyyətinə malikmiş. Hərbi təyyarı həm də raket daşıyıcı imiş.
Müşahidə raketləri olan hava gəmisi hədəfləri dəqiq nişan alırmış. Rusların bu nəhəng hava gəmisini ABŞ kəşfiyyatı Xəzər dənizində təcrübə keçdiyi zaman müəyyənləşdirmişdi.
Və ona “Xəzər dəniz canavarı” adı verilmişdi. İllərlə ABŞ kəşfiyyatı bu nəhəngin hərəkətlərini təqib edirmiş. Lakin zəza sonrası Dərbənd sahillərində atılmış vəziyyətdə qalıbmış. Bundan sonra nəhəngin muzey həyatı başlayır. O, Rusiya Müdafiə Sənayesi Nazirliyinə məxsus “Patriot Parkda” sərgilənəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət